“Bakı potensialımızı üzə çıxardı” | Xarici tələbə

   “Bakı potensialımızı üzə çıxardı”    | Xarici tələbə
  13 Fevral 2025    Oxunub:419
“Dəyişiklikləri xoşlayıram. Əks halda vətənimdən uzaqda - Azərbaycanda olmazdım. Bakı potensialımın üzə çıxmasında çox mühüm rol oynadı. Pakistanlılara və digər əcnəbilərə təhsil üçün Bakıya gəlməyi tövsiyə edirəm. Həyatımızın keyfiyyəti yalnız özümüzdən asılıdır”.
Bu sözləri AzVision.az -a Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin pakistanlı tələbəsi Arib Xan Yam deyib. Onun fikrincə, həyatı dəyişikliklər olmadan təsəvvür etmək mümkün deyil:

- Mən indi dördüncü kursdayam, bir müddət sonra Kəraçiyə qayıtmalı olacağam. Universiteti çox bəyənirəm, burada yaradıcı potensialımı üzə çıxarmaq imkanı var. Bundan əlavə, müəllimlər əcnəbi tələbələrə qayğı göstərirlər. Mənə elə gəlir ki, bu və ya digər universitet haqqında rəy universitet əməkdaşlarının tələbələrə münasibəti əsasında formalaşır. Müəllim tələbələrə verdiyi biliklərin yaxşı mənimsənilməsində maraqlı olmalıdır. ADNSU-nun müəllimlərində bu keyfiyyət var.

Pakistanlı tələbə onu da əlavə edib ki, həm azərbaycanlılarla, həm də digər əcnəbi tələbələrlə əlaqələri var.

“Multikulturalizm mövzusunu çox bəyənirəm. Boş vaxtlarımda könüllü olmağa üstünlük verirəm. Könüllülüyü çox sevirəm. Mən həm də universitetdə bir çox tələbə klublarının koordinatoruyam. Təbii ki, bunun bir çox üstünlükləri var. Amma bir məsələ var: kirayə ev tapmaq o qədər də asan deyil, tələbələr məzun olduqdan sonra iş tapa bilmirlər, boş vakansiyalar yoxdur”, - o deyib.

Pakistanlı tələbə həmçinin əlavə edib ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Buradakı insanlar mehriban, qonaqpərvər və xeyirxahdırlar.

Rolan Yusufov

“Buranı müəllimim məsləhət gördü” | Xarici tələbə
“Ölkəmdə ilk olacağam” | Xarici tələbə
“Yeni maraqlı hadisələr gözləyirəm” | Xarici tələbə
“Bura həqiqətən yaxşıdır” | Xarici tələbə
“Arzu edirəm, dostluğumuz əbədi olsun” | Xarici tələbə
“Azərbaycanda təhsil yaxşı fürsətdir” | Xarici tələbə
“Bakı yeni estetika yaradıb” | Xarici tələbə


Teqlər: Xarici-tələbə  





Xəbər lenti